"Yuventus" mövsümü titulsuz başa vurdu - 11 ildən sonra 

Hazırda oxunan: "Yuventus" mövsümü titulsuz başa vurdu - 11 ildən sonra 

73913

İtaliyanın "Yuventus" klubu 11 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub.

Bizim.Media-nın məlumatına görə, Turin təmsilçisi son olaraq İtaliya Kubokunun finalında əsas hissəsi 2:2 hesabı ilə bitən oyunun əlavə vaxtında "İnter"ə 2:4 hesabı ilə uduzub.

"Qoca sinyora" 2010/2011 mövsümündə də eyni aqibəti yaşayıb.

Qeyd edək ki, "Yuventus" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Vilyarreal"ına iki oyunun nəticəsinə əsasən məğlub olub - 1:1, 0:3. Komanda A Seriyasında 36 oyundan sonra 69 xalla 4-cü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO