Güləşçilərimiz Türkiyədə 23 medal qazandılar

Güləşçilərimiz Türkiyədə 23 medal qazandılar

Hazırda oxunan: Güləşçilərimiz Türkiyədə 23 medal qazandılar

73897

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turnirinə yekun vurulub.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışın sonuncu günündə yığma üzvləri 11 medal qazanıblar. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.

Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) çempion olublar. Əli Əlizadə (65 kq) ikinci, Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə üçüncü yeri tutublar. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında birinci yeri tutub.
Sərbəst güləşdə Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Şəmistan Axundov (80 kq) gümüş medalı boynundan asıb.

Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında üçüncü olub.

Qadın güləşində sonuncu gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) çempion olub. Ruzanna Məmmədova (49 kq) ikinci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıblar. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan müvafiq yığmamız komanda hesabında üçüncü yeri tutub.

Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO