İstanbul derbisində qalib müəyyənləşmədi: Fənərbahçe

İstanbul derbisində qalib müəyyənləşmədi: Fənərbahçe" 2-ci, "Beşiktaş" isə ...

Hazırda oxunan: İstanbul derbisində qalib müəyyənləşmədi: Fənərbahçe" 2-ci, "Beşiktaş" isə ...

73376

Türkiyə çempionatının 36-cı turu çərçivəsində “Beşiktaş” - “Fənərbahçe” derbisi baş tutub.

Bizim.Media xəbər verir ki, “Vodafone Park” arenasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı matçın altıncı dəqiqəsində “Fənərbahçe”nin çexiyalı müdafiəçisi Filip Novak açıb. Üç dəqiqə sonra "Beşiktaş"lı Mişi Batşuayi penalti zərbəsini qola çevirə bilməyib.

Matçın 31-ci dəqiqəsində “Beşiktaş” yenidən penalti vurmaq hüququ qazanıb. Bu dəfə Rəşid Ghezzal 11 metrlik zərbəni dəqiq vuraraq hesabı bərabərləşdirib.

Görüşdən sonra "Fənərbahçe" 69 xalla turnir cədvəlinin ikinci pilləsində, "Beşiktaş" isə 55 xalla 7-ci yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO