Gənc cüdoçumuz Fransada Avropa Kubokunu qazandı – FOTO/VİDEO

Gənc cüdoçumuz Fransada Avropa Kubokunu qazandı – FOTO/VİDEO

Hazırda oxunan: Gənc cüdoçumuz Fransada Avropa Kubokunu qazandı – FOTO/VİDEO

73371

Mingəçevirli gənc cüdoçu Fransada Avropa Kubokunu qazanıb.

Bizim.Media-nın məlumatına görə, 2004-cü il təvəllüdlü Mingəçevir  Gənclər və İdman Məktəbinin  cüdo məktəbinin  yetirməsi İsmayıl Zamanov Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa Kubokunun qalibi  olub.

Uşaqlar, yeniyetmə və gənclər arasında Azərbaycan çempionu olan İsmayıl Zamanov indiyədək Gürcüstan, Polşa və Rusiyanın Dağıstan Respublikasında  keçirilən beynəlxalq turnirlərin qalibi kimi böyük uğurlara imza atıb.

Azərbaycan çempionu mili komandanın üzvüdür.  Avropa Kubokunu qazanan gənc idmançının yetişməsində əvəzedilməz rolu olan məşqçi Ruslan Quliyevin verdiyi məlumata görə, Avropa Kubokunun qalibi  İsmayıl Zamanov Fransada keçirilən görüşlərdə  Fransa, Almaniya və Niderlanddan olan rəqiblərini məğlub edib.

Final görüşündə isə o, ukraynalı cüdoçuya qalib gəlib. Ruslan Quliyevin sözlərinə görə, idmançımız yarışdan öncə  ələmə turunda Avropa cüdo festifalına da vəsiqə qazanıb.
Festifal Pribaltika respublikalarından birində keçiriləcək.

Qeyd edək ki, millinin üzvü olan qalib idmançı bir neçə gündən sonra Mingəçevirə dönəcək.

Fransadan paytaxta qayıdan Avropa çempionu öncə Azərbaycan  milli komandasının təlim məşq toplanışlarında iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan idmançıları Fransada keçirilən yarışda 2 qızıl və 6 bürünc mükafat qazanıb. 90 kq-da çıxış edən digər idmançımız da Avropa  Kubokunun qalibi olub.

Ehtiram Muradov, Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO