“Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxıldı – RƏSMİ 

“Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxıldı – RƏSMİ 

Hazırda oxunan: “Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxıldı – RƏSMİ 

73049

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb. 

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib. Nəticədə “Turan Tovuz”la “Kəpəz” Premyer Liqaya buraxılıb. 

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ" FK, "Neftçi" PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah FK”, "Qəbələ" İK 

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Səbail” PFK, “Sumqayıt” FK 

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK 
 
4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, MOİK 

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. 
Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO