FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb.
Bizim.Media xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla ev oyununda qonaqların futbolçusu Olivye Tillə qarşı kobudluq etməsidir.
Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunlq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:55 / 04.05.2022
FİFA-dan millimizin üzvünə AĞIR CƏZA - FOTO
Hazırda oxunan: FİFA-dan millimizin üzvünə AĞIR CƏZA - FOTO
Hazırda oxunan: FİFA-dan millimizin üzvünə AĞIR CƏZA - FOTO
72660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.