Belaruslu məşqçi 6 ay Azərbaycan millisində işləyəcək

Belaruslu məşqçi 6 ay Azərbaycan millisində işləyəcək

Hazırda oxunan: Belaruslu məşqçi 6 ay Azərbaycan millisində işləyəcək

69844

“Tanınmış pedaqoq, məşqçi Mixail Şereşevski bir müddət Azərbaycan şahmatçıları ilə işləyəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib. 

Qurumun mətbuat xidmətinə müsahibə verən federasiya prezidenti Azərbaycanda səfərdə olan Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski ilə müqavilənin müddətini açıqlayıb.

Məmmədov bildirib ki, gənc və yeniyetmə şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığına yarım il kömək edəcək:

“Onların hazırlığı, inkişafı barədə bizə məlumat verəcək. İcraiyyə Komitəsində Şereşevskinin müqaviləsi müzakirə edildi və 6 aylıq razılaşmanın imzalanması barədə qərar qəbul edildi. Şereşevski 6 yaş kateqoriyası üzrə yeniyetmə və gənc şahmatçılara baxış keçirəcək. Fikrimizcə, belə təcrübəli pedaqoq və məşqçinin şahmatçılarımıza böyük faydası olacaq”. 

Qeyd edək ki, MDB məkanında tanınan məşqçi olan Mixail Şereşevski 1950-ci ildə Minskdə anadan olub.

Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb olunub. Şereşevskinin yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO