Çempionlar Liqasında yarımfinal matçlarının yeri və tarixi açıqlandı

Çempionlar Liqasında yarımfinal matçlarının yeri və tarixi açıqlandı

Hazırda oxunan: Çempionlar Liqasında yarımfinal matçlarının yeri və tarixi açıqlandı

69578

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin proqramı açıqlanıb.

Bizim.Media xəbər verir ki, aprelin 26-da İngiltərənin "Mançester Siti" komandası "Etihad" stadionunda İspaniya "Real Madrid"ini qəbul edəcək. Cavab görüşü mayın 4-də "Santyaqo Bernabeu" stadionunda gerçəkləşəcək.

İki ölkənin digər təmsilçiləri "Liverpul" və "Vilyarreal" isə ilk dəfə aprelin 27-də "Enfild" stadionunda qarşılaşacaqlar. "Estadio de la Ceramica"dakı matç isə mayın 3-nə təyin olunub.

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, final görüşü mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO