Futbol matçı azarkeşlərə görə yarımçıq dayandırıldı - FOTO/VİDEO

Futbol matçı azarkeşlərə görə yarımçıq dayandırıldı - FOTO/VİDEO

Hazırda oxunan: Futbol matçı azarkeşlərə görə yarımçıq dayandırıldı - FOTO/VİDEO

69017

Belçika çempionatının XXXIV turunda keçirilən "Yunion" - "Beersxot" oyunu yarımçıq dayandırılıb. 

Bizim.Media xəbər verir ki, buna qonaq komandanın bir neçə azarkeşinin meydana girməsi səbəb olub. 

Belə ki, fanatlar 84-cü dəqiqədə meydana giriblər. Polis hadisəyə müdaxilə etsə də, görüşün baş hakimi futbolçuların təhlükəsizliyinin təmin olunmadığını əsas gətirərək qarşılaşmanın dayandırılmasına qərar verib. 
Həmin vaxt matçda hesab açılmayıb. Qarşılaşma ilə bağlı qərarı yerli federasiya verəcək. 

Qeyd edək ki, "Yunion" 33 oyundan sonra 74 xalla turnir cədvəlinə başçılıq edir.

Komanda əsas rəqibi "Brügge"ni iki xal qabaqlayır. 16 xalla sonuncu sırada olan "Beersxot" isə aşağı liqaya düşüb. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO