Ronaldo onu efirdə tənqid edən Runini “paxıl” ADLANDIRDI – FOTO 

Ronaldo onu efirdə tənqid edən Runini “paxıl” ADLANDIRDI – FOTO 

Hazırda oxunan: Ronaldo onu efirdə tənqid edən Runini “paxıl” ADLANDIRDI – FOTO 

68505

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın sabiq kapitanı Ueyn Runinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Runi "Sky Sports"a açıqlamasında 37 yaşlı hücumçunun əvvəlki kimi oynamadığını deyib.  

“Ronaldo indi çox yaxşı formadadır. Çox vacib qollar vurur. “Tottenhem”lə oyunda het-trik etdi. Amma komandaya gənc oyunçular lazımdır. Qarşıdakı illərdə komandaya lazım olacaq. Ronaldo yaxşıdır, amma 20 yaşlarındakı kimi deyil. “Mançester Yunayted”ə gənc və uğura ac futbolçular lazımdır” – Runi qeyd edib. 

Daha sonra o, həmin studiyadan "Liverpul"un keçmiş futbolçusu Ceym Karraqerlə birgə foto paylaşıb. Ronaldo isə paylaşımın şərh bölməsinə "İki paxıl" rəyini yazıb.  

Xatırladaq ki, Runi 2004-2017-ci illərdə "qırmızı şeytanlar"da oynayıb. 2003-cü ildə "Mançester Yunayted"ə gələn Ronaldo 2009-cu ildə komandadan ayrılsa da, ötən ilin yayında kluba qayıdıb.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO