Pedrinin qolu “Barselona”ya qələbə qazandırdı

Pedrinin qolu “Barselona”ya qələbə qazandırdı

Hazırda oxunan: Pedrinin qolu “Barselona”ya qələbə qazandırdı

67822

Aprelin 3-də futbol üzrə İspaniya La Liqasının 30-cu turunun mərkəzi qarşılaşması keçirlib.

Bizim.Media xəbər verir ki, "Nou Kamp" stadionunda baş tutan görüşdə son vaxtlar məhsuldar oyunu ilə diqqət çəkən "Barselona" doğma azarkeşlər önündə "Sevilya" komandasını qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib - 1:0. Oyunda yeganə qolun müəllifi matçın 72-ci dəqiqədə Pedri olub.

Bu qələbə sayəsində "Barselona" xal ehtiyatını 57-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik iki komanda - "Sevilya" və "Atletiko Madrid" üçüncü və dördüncü yerdə qərarlaşıblar.

La Liqanın lideri "Real Madrid" səfərdə "Selta Viqo" komandasını məğlub edib - 2:1. “Real Madrid”in heyətində Kərim Benzema dublu ilə yadda qalıb. “Selta Viqo” komandasının yeganə qolunu isə Nolito vurub. Qeyd edək ki, matçın 64-cü dəqiqəsində fransalı forvard penalti zərbəsini yerinə yetirə bilməyib. Kərim Benzema cari mövsümdə 35 oyunda 34 qol və 13 məhsuldar ötürmə edib.

Bu qələbə sayəsində xallarını 69-a çatdıran “Real Madrid” liderliyini davam etdirir. “Selta Viqo” isə 36 xalla 11-ci yerdə qərarlaşıb.

Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Atletik Bilbao" - "Elçe" - 2:1;

"Real Betis" - "Osasuna" - 4:1;

"Qranada" - "Rayo Valleykano" - 2:2;

"Valensiya" - "Kadiz" - 1:1;

"Hetafe" - "Malyorka" - 1:0;

"Levante" - "Vilarreal" - 2:0;

"Atletiko Madrid" - "Deportivo Alaves" - 4:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO