Milli Gimnastika Arenasında qaliblər mükafatlandırıldı – FOTO

Milli Gimnastika Arenasında qaliblər mükafatlandırıldı – FOTO

Hazırda oxunan: Milli Gimnastika Arenasında qaliblər mükafatlandırıldı – FOTO

67772

Aprelin 3-də Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, medallar kişilərə dayaqlı tullanma, dəstəli at və turnik, qadınlara isə sərbəst hərəkətlər və gimnastika tiri üzərində hərəkətlərdə təltif olunub.

Dayaqlı tullanmada birinci yeri Nazar Çepurniy (Ukrayna), Andrey Medvedev (İsrail) ikinci, Artem Dolqopyat (İsrail) üçüncü yerdə qərarlaşıb.

Sara Foss (Almaniya) gimnastika tiri üzərində hərəkətlərdə qızıl, Lorett Şarpi (Fransa) gümüş, Daniela Batrona (Ukrayna) bürünc medal qazanıb.

Gimnastika atı üzərində hərəkətlər proqramında Nəriman Qurbanov (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Matvey Petrov (Albaniya) ikinci, Siril Tommazon (Fransa) üçüncü yerə çıxıb.

Sərbəst hərəkətlər üzrə proqramda qızıl medalı Julia Suares (Braziliya), gümüş medalı Dorina Betsögyo (Macarıstan), bürünc medalı Dildora Aripova (Özbəkistan) qazanıb.

Turnik üzərində hərəkətlərdə Co Freyzer (Böyük Britaniya) birinci, Mitçel Morqans (Avstraliya) ikinci, İlya Kovtun (Ukrayna) üçüncü yeri tutublar.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO