Kərim Benzema dubl etdi: “Real Madrid” səfərdə qələbə qazandı - FOTO

Kərim Benzema dubl etdi: “Real Madrid” səfərdə qələbə qazandı - FOTO

Hazırda oxunan: Kərim Benzema dubl etdi: “Real Madrid” səfərdə qələbə qazandı - FOTO

67723

Aprelin 2-də futbol üzrə İspaniya La Liqasının XXX turunun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, turnir cədvəlinin lideri “Real Madrid” səfərdə “Selta Viqo” komandasının qonağı olub.

Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Real Madrid”in heyətində Kərim Benzema dublu ilə yadda qalıb. “Selta Viqo” komandasının yeganə qolunu isə Nolito vurub.

Qeyd edək ki, matçın 64-cü dəqiqəsində fransalı forvard penalti zərbəsini yerinə yetirə bilməyib.

Kərim Benzema cari mövsümdə 35 oyunda 34 qol və 13 məhsuldar ötürmə edib.

Bu qələbə sayəsində xallarını 69-a çatdıran “Real Madrid” liderliyini davam etdirir. “Selta Viqo” isə 36 xalla 11-ci yerdə qərarlaşıb.

Digər görüşdə “Levante” öz meydanında “Vilarreal”ı (2:0), “Xetafe” isə “Malyorka”nı (1:0) məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO