Türkiyəli güləşçi 11-ci dəfə Avropa çempionu oldu

Türkiyəli güləşçi 11-ci dəfə Avropa çempionu oldu

Hazırda oxunan: Türkiyəli güləşçi 11-ci dəfə Avropa çempionu oldu

67710

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp karyerasında 11-ci dəfə Avropa çempionu olub.

Bizim.Media xəbər verir ki, 33 yaşlı pəhləvan bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirilən nüfuzlu yarışda qızıl medal qazanıb.

130 kq çəki dərəcəsində yer alan Kayaalp finalda İtaliya təmsilçisi Danila Sotnikova qalib gəlib - 4:0.

Bu çəkidə Azərbaycanı təmsil edən Beka Kandelaki bürünc medal görüşündə macarıstanlı Dariuş Attila Vitekə uduzaraq, 5-ci yeri tutub.

Qeyd edək ki, Rıza Kayaalp 4 qat dünya çempionu və 3 qat olimpiya mükafatçısıdır. O, qızıl medallardan 2-ni Bakıda - 2010-cu il Avropa çempionatında və 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO