Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Avropa çempionatının yarımfinalında Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Bizim.Media xəbər verir ki, 55 kq-da mübarizə aparan idmanımız rəqibinə 7:3 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən yarışda daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:04 / 01.04.2022
Güləşçimiz erməninin kürəyini yerə vurdu - FİNALA YÜKSƏLDİ
Hazırda oxunan: Güləşçimiz erməninin kürəyini yerə vurdu - FİNALA YÜKSƏLDİ
Hazırda oxunan: Güləşçimiz erməninin kürəyini yerə vurdu - FİNALA YÜKSƏLDİ
67549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.