Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin SİYAHISI

Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin SİYAHISI

Hazırda oxunan: Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin SİYAHISI

67048

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına indiyədək 27 ölkənin milli komandası vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, son 5 vəsiqənin taleyinə pley-off qarşılaşmalarından, eləcə də Şimali, Mərkəzi və Karib hövzəsi zonasında son tur oyunlarından sonra aydınlıq gələcək.

DÇ-2022-yə birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı:

Avropa

Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə

Pley-off oyunları. 

Yarımfinal: Şotlandiya - Ukrayna

Final: Uels - Şotlandiya / Ukrayna cütünün qalibi

Afrika

Vəsiqə qazananlar (5): Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya

Vəsiqə qazananlar (5): Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya

Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi - Peru

Cənubi Amerika

Vəsiqə qazananlar (4): Argentina, Braziliya, Ekvador, Uruqvay

Qitələrarası pley-off: 13/14 iyun. Peru - Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF)

Vəsiqə qazanan (1): Kanada

CONCACAF-ı 3 və ya 4 ölkə təmsil edəcək

Okeaniya

Maksimum 1 komanda ilə təmsil olunacaq

Final

30 mart: Solomon adaları - Yeni Zelandiya

Qitələrarası pley-off: Solomon adaları / Yeni Zelandiya cütünün qalibi - CONCACAF komandası.

Qeyd edək ki, DÇ-22 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO