"Qarabağ"ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırıldı

Hazırda oxunan: "Qarabağ"ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırıldı

66921

Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Bizim.Media-nın məlumatına görə, bunlar "Qarabağ"dan dəvət almış müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir.

Hüseynov ayaq əzələsindəki problemlər üzündən "23-lük"dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoldaşlıq görüşündən fərqli olaraq, Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, Ta Qalib Milli Stadionunda keçiriləcək Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO