"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisi təhlükə altına düşdü

Hazırda oxunan: "Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisi təhlükə altına düşdü

66573

Ciddə şəhərinin raket atəşinə tutulmasına baxmayaraq, "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin keçirilməsi sarıdan heç bir təhlükə yoxdur.

Bizim.Media-nın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem əminliklə açıqlama verib.

O bildirib ki, üsyançıların hədəfi bu tras yox, iqtisadi infrastrukturdur: "Buranın təhlükəsiz yer olduğuna və heç nəyin baş verməyəcəyinə dair ən yüksək səviyyədə təminatımız var".

Qeyd edək ki, martın 25-də husilər Səudiyyə Ərəbistanının neft infrastrukturunu raket atəşinə tutub. Nəticədə Ciddə trası yaxınlığındakı "Aramco" şirkətinin neft anbarlarından birində partlayış və yanğın baş verib.

Səudiyyə Ərəbistanı Qran-prisində sərbəst yürüşlərə martın 25-də start verilib. Martın 27-də isə əsas yürüş olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO