Şəhriyar Məmmədyarovdan FIDE Qran-prisində İLK QƏLƏBƏ

Şəhriyar Məmmədyarovdan FIDE Qran-prisində İLK QƏLƏBƏ

Hazırda oxunan: Şəhriyar Məmmədyarovdan FIDE Qran-prisində İLK QƏLƏBƏ

66462

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib.  

Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, o, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb. 

Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var. 

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər.  

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO