Mbappe \

Mbappe \"Real Madrid\"lə müqavilə imzaladı

Hazırda oxunan: Mbappe \"Real Madrid\"lə müqavilə imzaladı

64540

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe İspaniya "Real Madrid"i ilə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" nəşrinin müxbiri Ramon Alvares özünün Tvitter səhifəsində paylaşım edib.

O, 24 yaşlı hücumçunun "kral klubu" ilə sözləşməyə yanvarın 30-da imza atdığını bildirib.

Mərasimdə Mbappenin vəkili, Madrid təmsilçisinin baş direktoru Xose Sançes və klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Pedro Ximenes yer alıblar.

Bildirilib ki, forvard La Liqa təmsilçisindən 60 və ya 80 milyon avro bonus alacaq, onun illik məvacibi isə 25 milyon avro olacaq.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-də keçirdiyi 35 matçda 25 qol vurub və 14 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO