Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu - ADLAR

64497

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 13 - 23 martda baş tutacaq yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Yığmanın heyətində ilk olaraq rinqə Cəlal Qurbanov çıxacaq. 63,5 kq çəki dərəcəsində yer alan idmançı finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.

U-22, Avropa çempionatı

13 mart

1/16 final

63,5 kq

Cəlal Qurbanov – Yere Niemelainen (Finlandiya)

14 mart

1/16 final

67 kq

Nəbi İsgəndərov – Luka Nikabadze (Gürcüstan)

75 kq

Mirşərif Kazımzadə – Hikki Sam (Şotlandiya)

15 mart

1/8 final

80 kq

Murad Allahverdiyev – Kromvell Kommi (İtaliya)/Rafael Monni (Fransa)

19 mart

1/4 final

51 kq

Nicat Hüseynov – Antonio Payva (İrlandiya)

54 kq

Ruslan Qədirov – Marian Çinio (Rumıniya)/Başkim Bayoku (Kosovo)

57 kq

Maqsud Xasmetov – Matteu Teylor (İrlandiya)/Taha Akkoyun (Türkiyə).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO