PSJ-də daha bir AYRILIQ - Mövsümün sonunda gedir

PSJ-də daha bir AYRILIQ - Mövsümün sonunda gedir

Hazırda oxunan: PSJ-də daha bir AYRILIQ - Mövsümün sonunda gedir

64366

Fransanın PSJ klubu idman direktoru Leonardo ilə yollarını ayıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Bildirilib ki, Paris təmsilçisi mövsümün sonunda 53 yaşlı funksionerlə vidalaşacaq. 

Klub prezidenti Nasser Əl-Xəlaifi transferlərin nəticələrindən narazıdır və onun fikrincə, ötən yay nəhəng investisiyalar Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yetərli olmayıb.  

Bundan əlavə, Leonardo hücumçu Kilian Mbappeni müqaviləni yeniləməyə razı sala bilməyib. Onu bu postda İngiltərənin "Tottenhem" klubunun icraçı direktoru Fabio Paratiçinin əvəzləyəcəyi ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO