Çempionlar Liqasında 1/8 HƏYƏCANI: PSJ

Çempionlar Liqasında 1/8 HƏYƏCANI: PSJ "Real Madrid"ə qarşı

Hazırda oxunan: Çempionlar Liqasında 1/8 HƏYƏCANI: PSJ "Real Madrid"ə qarşı

63745

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Gecənin prinsipial qarşılaşmasında Fransa PSJ-si İspaniyada "Real Madrid"in qonağı olacaq. İlk matçda Paris təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Meydan sahiblərinin heyətində Ferlan Mendi və Kazemiro cəzalı olduqları üçün oynamayacaqlar. Zədələrini yenicə sağaltmış Toni Kroos və Federiko Valverdenin isə meydana çıxmaları sual altındadır. Qonaqlarda Serxio Ramos və Leven Kürzava zədə səbəbindən oynamayacaqlar. Əşrəf Hakimi, Ander Errera və Kilian Mbappenin oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" cütün taleyini demək olar ki, həll ediblər.
Qarşılaşma öncəsi Mançester təmsilçisinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş zədəlidir. Natan Akenin durumuna isə oyun günü aydınlıq gələcək. Lissabon təmsilçisində isə Joau Palinya, Pedru Qonsalveş və Daniel Braqansa zədə, Mateus Nunyes cəza səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" komandaları 1/4 finala yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO