Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

63613

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, təcrübəli qrossmeyster D qrupundakı sonuncu - 6-cı tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçə edib.

Bununla da bütün qarşılaşmalarını heç-heçə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə hələlik liderdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO