Azərbaycan idmançıları Bakıda finala yüksəldi

Azərbaycan idmançıları Bakıda finala yüksəldi

Hazırda oxunan: Azərbaycan idmançıları Bakıda finala yüksəldi

63407

Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.

Bizim.Media xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı 55,120 xalla qiymətləndirilib. Təsnifat mərhələsində üçüncü olan qrupumuz finala adlayıb.

Həlledici mərhələdə Azərbaycan ilə yanaşı, Rusiya, Belçika, Portuqaliya, İsrail, Fransa, Böyük Britaniya, Almaniya, Niderland və Polşa qrupları mübarizə aparacaqlar.

Bu gün yekun vurulacaq turnirdə idmançılar 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO