Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ”x9d da bu gün meydana çıxacaq.
Ağdam klubu səfərdə Fransa “Sent Etyen”x9di qarşılaşcaq. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını saxlamaq üçün səfərdən ən azı bir xalla dönməlidir. "Qarabağ" səfərə ciddi itliklərlə yollansa da, yaxşı nəticə ilə geri dönəcəyinə ümid çoxdur. Hər iki komandanın dörd xalı olması oyunun marağını və gərginliyini artırır. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Qeyd edək ki, təmsilçimizin rəqibləri “İnter”x9d və “Dnepr”x9d klubları da qüvvəsini sınayacaq.
"Sent-Etyen" (Fransa) ”“ "Qarabağ" (Azərbaycan) - 1:1 (Birinci hissə)
Qollar: Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1)
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. “Joffrua Qişar”x9d stadionu
































































































