Bu gecə futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, mərhələnin sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Gecənin maraqla gözlənilən matçı İspaniyada “Atletiko Madrid” ilə “Mançester Yunayted” komandaları arasında oynanılacaq.
“Vanda Metropolitano” stadionunda keçiriləcək görüşü rumıniyalı FIFA referisi Ovidiu Hatseqan idarə edəcək.
Vacib oyundan əvvəl meydan sahiblərinin heyətində ciddi itkilər var. Antuan Qrizman və Daniel Vass zədə, Yannik Karrasko isə cəza səbəbindən oynamayacaqlar. Xose Mariya Ximenesin isə meydana çıxması sual altındadır. Qonaqlarda isə Erik Bayi və Edinson Kavani meydana çıxa bilməyəcəklər.
Gecənin digər matçında isə Niderlandın “Ayaks” klubu Portuqaliyada “Benfika” ilə qarşılaşacaq.
“Eştadiu du Benfika” stadionundakı görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. Lissabon təmsilçisinin heyətində Haris Seferoviç, Amsterdam klubunda isə Marten Stekelenburq və Şon Klayber zədə səbəbindən oyunu buraxacaqlar. Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:26 / 23.02.2022
Çempionlar Liqası: “Atletiko Madrid” “Mançester Yunayted”i qəbul edir
Hazırda oxunan: Çempionlar Liqası: “Atletiko Madrid” “Mançester Yunayted”i qəbul edir
Hazırda oxunan: Çempionlar Liqası: “Atletiko Madrid” “Mançester Yunayted”i qəbul edir
0:00
0:00
61478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.