Massimiliano Alleqri “Milan”dan ayrılmayacaq. Komanda son turlarda uğursuz çıxış etsə də, tərəflər yolları ayırmaq haqqında düşünmür.
Bizim.Media İtalya mətbuatına istinadla xəbər verir ki, 58 yaşlı mütəxəssis artıq indidən növbəti mövsümün planlarını cızır.
Rəhbərliklə münasibətləri qaydasında olan çalışdırıcı Çempionlar Liqasında yaxşı çıxış etmək üçün heyətin gücləndirilməsinin yollarını götür-qoy edir.
Alleqri İtaliya yığmasına yollanmağı da düşünmür. O, Cennaro Qattuzonun boş qoyduğu posta can atmır.
Bizim.Media

































































































