Şahmat əfsanəsi 67 dəqiqə düşündü - 2 dəqiqədə uduzdu

Şahmat əfsanəsi 67 dəqiqə düşündü - 2 dəqiqədə uduzdu

Hazırda oxunan: Şahmat əfsanəsi 67 dəqiqə düşündü - 2 dəqiqədə uduzdu

605159

Şahmat dünyasında nadir hallarda rast gəlinən dramatik an yaşanıb.

Bizim.Media xəbər verir ki, 2026-cı il Dünya Şahmat Çempionatı Namizədlər Turnirinin gedişində dünyanın ən güclü qrossmeysterlərindən biri olan Hikaru Nakamura qeyri-adi vəziyyətlə yadda qalıb.
 

Təcrübəli şahmatçı partiyanın kritik anında tək bir gediş üçün tam 67 dəqiqə 44 saniyə düşünərək, rekord göstəricilərdən birinə imza atıb. Bu, şahmat tarixində bir gediş üçün qeydə alınan ən uzun düşünmə müddətlərindən biri kimi qeyd olunur.


Lakin uzun düşünmə belə nəticəni xilas etməyə kifayət etməyib.

Nakamuranın qərarından dərhal sonra onun rəqibi, gənc qrossmeyster Cavoxir Sindarov cəmi iki dəqiqə ərzində dəqiq əks-hərəkət taparaq, oyunun gedişini dəyişib.

Sindarovun sürətli və təsirli cavabı nəticəsində üstünlük tamamilə onun tərəfinə keçib və o, qısa müddətdə qələbəni təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO