Buffon da istefa verdi

Buffon da istefa verdi

Hazırda oxunan: Buffon da istefa verdi

604759

İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon Bosniya və Herseqovina ilə oyundan sonra istefa verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, əfsanəvi qapıçı yığmanın ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasını böyük məyusluqla qarşıladığını bildirib.

O, federasiya prezidenti Qabriel Qravinanın gedişindən sonra özünü məsuliyyətli hiss edərək bu addımı atdığını qeyd edib.

2023-cü ilin yayından millidə çalışan Buffon əsas məqsədlərinin İtaliyanı yenidən dünya çempionatına qaytarmaq olduğunu, lakin buna nail ola bilmədiklərini etiraf edib:
 

“İstefam səmimi və çətin qərardır. İtaliyanı layiq olduğu yerə qaytara bilmədik. Yeni rəhbərliyə seçim etmək imkanı vermək istəyirəm”.


Qeyd edək ki, o, fəaliyyəti dövründə gənc istedadların inkişafı və aşağı yaş qrupları ilə əsas komanda arasında əlaqələrin gücləndirilməsi istiqamətində layihələr üzərində işlədiyini vurğulayıb.

Xatırladaq ki, İtaliya millisi DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq (1:4) turnirlə vidalaşıb. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO