Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Hazırda oxunan: Dünya çempionatı üçün 400 minlik evini SATDI

603824

İngiltərə millisinin sadiq azarkeşi olan 62 yaşlı Endi Miln bu yay ABŞ-da keçiriləcək dünya çempionatında komandasını dəstəkləmək üçün maraqlı addım atıb.

Bizim.Media xəbər verir ki, "A Bola" nəşrinin məlumatına görə, o, səfər xərclərini qarşılamaq məqsədilə öz evini satmaq qərarına gəlib.

Evin satışından təxminən 400 min avro əldə edən Miln bu vəsaiti bütövlükdə mundial səfərinə xərcləyəcək.
 

Qeyd edək ki, Endi Miln 1982-ci ildən bəri İngiltərə millisinin həm kişi, həm də qadın komandalarının dünya çempionatlarındakı bütün oyunlarını stadiondan canlı izləyən nadir və fədakar azarkeşlərdən biridir.


İlk dəfə 19 yaşında İspaniyada keçirilən dünya çempionatına yollanan ingiltərəli azarkeş o vaxtdan bəri heç bir mundialı qaçırmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO