Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Hazırda oxunan: Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

603545

Mövsümün sonunda "Borussiya" ilə müqaviləsi başa çatan Julian Brandt karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbaxça" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
 

İstanbul nəhənginin baş məşqçisi Domeniko Tedesko Brandtı komandasında görmək istəyir. Klub rəhbərliyi yaxın vaxtlarda 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır.


Qeyd edək ki, "Borussiya" Yulian Brandtı 2019-cu ilin yayında "Bayer"dən transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO