“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu zədəsi sağaldıqdan sonra kluba qayıtdığını elan edən bir paylaşım edib.
Bizim.Media xəbər verir ki, hücumçu sosial media səhifəsində öz şəklini paylaşıb və başlığa “Qayıtdığıma şadam! Hər şey yaxşı görünür” yazıb.
Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Feyha”ya (3:1) qarşı matçda zədə alaraq müalicə üçün İspaniyanın Madrid şəhərinə getmişdi.
Bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 26 oyunda meydana çıxıb, 22 qol vurub və dörd məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media




































































































