Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Hazırda oxunan: Osimhen əməliyyat olundu

603060

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 

27 yaşlı forvard UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Liverpul"la cavab matçında zədələnib. Ulduz futbolçunun qolu sınıb.


Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO