Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Hazırda oxunan: Taekvondoçularımız Belçikada 5 medal qazandı

603054

Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə “Belgian Open” beynəlxalq turniri keçirilib.

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə gənc taekvondoçularımız mübarizəyə qoşulublar. Komandamızın üzvləri 1 qızıl və 4 bürünc medal qazanıblar.
 

49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Rasim Xəlilov (45 kiloqram), İlknur Əlimov (48 kiloqram), Mehriban İsmayıllı (46 kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram) bürünc medal əldə ediblər.


Martın 22-də böyüklər arasında keçirilən yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov (63 kq) bürünc medal qazanıb.

Yarışda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO