"Zirə" Misli Premyer Liqasının XXV turunda qələbə qazanıb.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax"ı üstələyib.
"Qartallar" Yevlax şəhər stadionundakı qarşılaşmada minimal hesabla qalib gəlib - 1:0.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu-12-ci sıradadır.
Günün ikinci matçında "Sabah" "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:53 / 19.03.2026
“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO
Hazırda oxunan: “Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO
Hazırda oxunan: “Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO
602486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































