“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

Hazırda oxunan: “Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

602321

"Yaqelloniya"nı  hücumçusu Afimiko Pululu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" konqolu futbolçunun xudmətində maraqlıdır. Bu barədə "Foot Africa" nəşri məlumat yayıb.
 

İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın Pululunun oyununu bəyənir. "Qara qartallar" yayda Polşa klubu ilə müqaviləsi başa çatan 26 yaşlı forvardı heyətə cəlb etmək üçün onunla danışıqlara başlamağı planlaşdırır.


Qeyd edək ki, Afimiko Pululu 2023-cü ilin yayından "Yaqelloniya"da çıxış edir. Konqo billisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 16 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO