"Əl-Hilal" Afrika Konfederasiyalar Kuboku çərçivəsində Mərakeşin "RS Berkan" klubu ilə keçirilən ilk oyundakı (1:1) hakim idarəçiliyindən şikayət edib.
Bizim.Media xəbər verir ki, Sudan təmsilçisi qarşılaşmanın baş hakimi cənubi afrikalı Abongile Tomun idarəçiliyi ilə bağlı Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi müraciət ünvanlayıb.
Klubun CAF-a göndərdiyi ətraflı məktubda dörd şübhəli sarı vərəqə, müdafiəçi Ebuelaya göstərilən mübahisəli qırmızı vərəqə və oyunun sonlarında rəqib komandanın lehinə təyin edilən penalti epizodları xüsusi qeyd olunub.
"Əl-Hilal" rəhbərliyi şikayət məktubuna sözügedən qərarların video görüntülərini də əlavə edib.
Qeyd edək ki, hazırda "Əl-Hilal" klubu dörddəbir final mərhələsinin cavab matçı çərçivəsində "RS Berkan"ı qəbul etməyə hazırlaşır.
Bizim.Media

































































































