FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

Hazırda oxunan: FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

602100

FİFA 2026-cı il dünya çempionatı öncəsi İran millisinin oyunlarının keçiriləcəyi məkanlarla bağlı yayılan iddialara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, "The Athletic" nəşrinə danışan FİFA rəsmisi İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın oyunların ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı danışıqlar aparıldığı barədə məlumatına münasibət bildirib. 
 

Ali futbol qurumu bütün üzv assosiasiyalarla, o cümlədən İranla daimi təmasda olduqlarını, lakin bütün komandaların 2025-ci il dekabrın 6-da təsdiqlənmiş rəsmi cədvələ uyğun mübarizə aparacağını vurğulayıb. Bu isə o deməkdir ki, hazırda oyunların yerinin dəyişdirilməsi planlaşdırılmır.


Qeyd edək ki, Asiya zonasından vəsiqə qazanan İran seçməsi mundialın G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq.

Mövcud təqvimə əsasən, iranlılar Yeni Zelandiya və Belçika ilə Los-Ancelesdə, Misirlə isə Sietldə qarşılaşmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO