Avstraliyada sığınacaq alan daha 3 iranlı futbolçu vətənə qayıdacaq

Avstraliyada sığınacaq alan daha 3 iranlı futbolçu vətənə qayıdacaq

Hazırda oxunan: Avstraliyada sığınacaq alan daha 3 iranlı futbolçu vətənə qayıdacaq

601624

Asiya Kubokundan sonra Avstraliyada sığınacaq alan İran qadın futbol millisinin daha üç üzvü vətənə qayıtmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalına istinadən Avstraliyanın daxili işlər naziri Toni Berk məlumat verib.
 

Futbolçular Mona Hamudi, Zəhra Sərbəli və komandanın yardımçı heyətindən bir əməkdaş Avstraliyanı tərk edərək Kuala-Lumpura yollanıblar. Onlar orada Tehrana qayıdan komandanın digər üzvləri ilə görüşüblər.


Berk bildirib ki, onlara mümkün variantları müzakirə etmək üçün dəfələrlə imkan verilsə də, sonda İrana dönmək qərarı veriblər.

Ümumilikdə İran qadın millisinin yeddi nümayəndəsi Avstraliyada sığınacaq üçün müraciət etmişdi. Buna səbəb onların dövlət himnini oxumaqdan imtina etdiklərinə görə İranda “xəyanətkar” adlandırılmaları olub.

Onlar əvvəlcə təhlükəsiz bir məkanda yerləşdirilmişdilər. Lakin sonradan idmançılardan biri qərarını dəyişərək onların yerini İran səfirliyinə bildirib. Bundan sonra qalanları başqa bir yerə təxliyə ediblər.

“Avstraliya hökuməti bu qadınlara ölkədə təhlükəsiz gələcək qurmaq şansı vermək üçün əlindən gələni etdi”, — deyə Toni Berk vurğulayıb.

Avstraliyada keçirilən Asiya Kubokunun qrup mərhələsində İran millisi keçirdiyi hər üç oyunda məğlub olub. Komanda martın 2-də Cənubi Koreyaya qarşı baş tutan ilk matçdan əvvəl (0:3) dövlət himnini oxumayıb. Bu addım ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlamasından sonra ölkə daxilində tənqidə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO