"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

"Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

Hazırda oxunan: "Fənərbağça" futbolçuları TƏHDİD EDİLİR

601546

"Karagümrük"ə 0:2 hesablı gözlənilməz məğlubiyyətdən sonra "Fənərbağça" klubunda gərginlik pik həddə çatıb.

Bizim.Media xəbər verir ki, "TRT Spor"un yaydığı məlumata görə, çempionluq yarışında ağır zərbə alan "sarı-lacivərdlilər"in futbolçuları və onların ailə üzvləri matçdan dərhal sonra sistemli şəkildə kütləvi təhqir və təhdidlərlə üzləşiblər.

Bildirilir ki, oyunçuların və ailə üzvlərinin şəxsi telefonlarına ciddi məzmunlu hədə-qorxu mesajları göndərilib. Bununla bağlı klubun hüquq şöbəsi və futbolçuların vəkilləri bütün mesajları sənədləşdirməyə başlayıblar.

Qeyd edək ki, autsayder "Karagümrük"ə məğlubiyyət "Fənərbağça"nın turnir cədvəlindəki mövqeyinə ciddi təsir edib və azarkeşlərin sərt etirazına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO