Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Messi, yoxsa Ronaldo? - Hazard seçdi

Hazırda oxunan: Messi, yoxsa Ronaldo? - Hazard seçdi

601543

Belçika millisinin və "Real"ın keçmiş yarımmüdafiəçisi Eden Hazard Argentina yığmasının hücumçusu Lionel Messi və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, RTBF-ə müsahibəsində hazırda "İnter Mayami"nin formasını geyinən Messini daha üstün gördüyünü deyib:

"Mənim üçün favorit həmişə Messidir. Çünki oyun tərzini sevirəm. Mən Kriştianonu da seçə bilərdim, çünki "Real" azarkeşiyəm, həm də bu komandada oynamışam. Kriştiano daha çox əla qol vuran və inanılmaz formaya malik idmançıdır, amma Messinin futbolu isə mənim zövqümə daha uyğundur. Messiyə qarşı oynayanda, sadəcə 'vau' deyirsən. Biz şanslıyıq ki, onun oyununu təxminən 20 il canlı izləyə biləcəyimiz bir dövrdə doğulmuşuq".

Xatırladaq ki, Hazard artıq karyerasını başa vurub, Messi və Ronaldo isə oyunlarını davam
etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO