"Tottenhem"də ciddi itkilər var

"Tottenhem"də ciddi itkilər var

Hazırda oxunan: "Tottenhem"də ciddi itkilər var

601541

"Tottenhem" Premyer Liqanın növbəti turunda "Liverpul"a qarşı keçiriləcək prinsipial səfər matçından öncə ciddi itkilərlə üzləşib.

Bizim.Media xəbər verir ki, "Talksport" nəşrinin yaydığı məlumata görə, "Enfild" səfərində London təmsilçisinin heyətində 12 futbolçu iştirak edə bilməyəcək.

Çempionlar Liqasında "Atletiko"ya 2:5 hesabı ilə məğlub olan komandanın heyətində Kristian Romero və Joao Palinya baş-başa toqquşaraq beyin silkələnməsi keçirdikləri üçün sıradan çıxıblar. Həmçinin ötən həftəsonu "Kristal Pelas"la matçda qırmızı vərəqə alan Mikki Van de Ven diskvalifikasiya səbəbindən komandasına kömək edə bilməyəcək. Mövcud zədəli oyunçuları da nəzərə aldıqda "Tottenhem"in "Liverpul" qarşısına ciddi itkilərlə çıxacağı dəqiqləşib.

Qeyd edək ki, "Liverpul" - "Tottenhem" qarşılaşması martın 15-də Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO