"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq

"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq

Hazırda oxunan: "Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq

601444

"Sabah" və "Qarabağ" komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.

Bizim.Media xəbər verir ki, günün ilk matçında Bakı təmsilçisi "İmişli"nin qonağı olacaq.
 

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. "Sabah" 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu pillədə qərarlaşıb.


Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

14 mart

15:00. "İmişli" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.

VAR: Əliyar Ağayev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mutafayeva.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:15. "Zirə" - "Qarabağ"


Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO