Levandovski İtaliya klubuna KEÇƏ BİLƏR

Levandovski İtaliya klubuna KEÇƏ BİLƏR

Hazırda oxunan: Levandovski İtaliya klubuna KEÇƏ BİLƏR

601419

"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Yuventus" polşalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Turin klubu yayda azad agent statusunda olacaq 37 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib.

Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO