Mingəçevirdə mənzildən qadın meyiti tapılıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən binalardan birində qeydə alınıb.
Belə ki, mənzillərdən birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın meyiti aşkarlanıb.
İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib. Qadının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media



































































































