ABŞ klubunun baş məşqçisindən Nəriman Axundzadə ilə bağlı AÇIQLAMA

ABŞ klubunun baş məşqçisindən Nəriman Axundzadə ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: ABŞ klubunun baş məşqçisindən Nəriman Axundzadə ilə bağlı AÇIQLAMA

601127

Nəriman Axundzadədə bəyəndiyimiz əsas özəllik onun cinah yarımmüdafiəçisi olmasıdır. Bu, "4-lü" yarımmüdafiə xətti ilə meydana çıxdığımız zaman bizə cinahlardan oynamaq üçün daha çox imkan verəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström "Qarabağ"dan transfer etdikləri Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə barədə danışarkən deyib.

İsveçli mütəxəssis 21 yaşlı hücumçunun yeni komandasında nə vaxt debüt edəcəyi ilə bağlı sualı da cavablandırıb:

"İndi onunla bağlı hər şeyin qaydasında olduğunu deyə bilmərəm. Sadəcə, hazırkı addımlarını kifayət qədər yaxşı adlandırmaq olar. Məşqlərdəki performansı ilə göstərdi ki, hər hansı geriləmə yoxdur. Ümid edirəm ki, tezliklə kollektiv hazırlığa qoşulacaq. Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq".

Qeyd edək ki, Nəriman Axundzadə MLS təmsilçisi “Kolambus Kryu” klubu ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO