"Napoli" Konte ilə yollarını ayıracaq?

"Napoli" Konte ilə yollarını ayıracaq?

Hazırda oxunan: "Napoli" Konte ilə yollarını ayıracaq?

601025

"Napoli" klubunun baş məşqçisi Antonio Kontenin gələcək taleyi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, "Repubblica" nəşrinin yaydığı məlumata görə, təcrübəli mütəxəssisin 2026/27 mövsümündə də klubu çalışdıracağı gözlənilir.
 

Məlumata görə, ötən ilin noyabrında "Bolonya"ya məğlubiyyətdən sonra yaşanan gərginliyə və Xviça Kvaratsxeliyanın gedişi zamanı rəhbərliklə yaranan fikir ayrılığına baxmayaraq hazırda tərəflər arasında münasibətlər sabitləşib.


Kontenin Neapol təmsilçisi ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var və sözləşmədə onun birtərəfli qaydada ayrılmasına imkan verən hər hansı xitam bəndi yer almayıb.

Qeyd edək ki, "Napoli" rəhbərliyinin mövsümün sonunda baş məşqçi ilə bir araya gələrək 2029-cu ilə qədər olan yeni müqavilə şərtlərini və yay transfer pəncərəsindəki hədəfləri müzakirə edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO