SON DƏQİQƏ: İran futbolçuları dünya çempionatında iştirak etməyəcək

SON DƏQİQƏ: İran futbolçuları dünya çempionatında iştirak etməyəcək

Hazırda oxunan: SON DƏQİQƏ: İran futbolçuları dünya çempionatında iştirak etməyəcək

600956

İranın gənclər və idman naziri Əhməd Dünyamalı futbol üzrə milli komandanın 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazir bu qərarı ABŞ və İsraillə davam edən müharibə ilə əlaqələndirib.
 

Onun sözlərinə görə, son aylarda ölkəyə qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İran ciddi itkilər verib və belə şəraitdə komandanın mundialda iştirakı mümkün deyil.


Nazir bildirib ki, son 8-9 ay ərzində baş verən hadisələr və hərbi toqquşmalar nəticəsində minlərlə İran vətəndaşı həlak olub.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi seçmə mərhələni uğurla başa vuraraq turnirə vəsiqə qazanıb. Komanda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə G qrupuna düşüb. Yığma qrup mərhələsinin iki oyununu Los-Ancelesdə, bir görüşünü isə Sietldə keçirməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO