Qazaxıstanın "Akas" klubunun baş məşqçisi Dovran Kenjaxunov “Qarabağ”da şəxsi təcrübə keçir.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Qazaxların qeyd etdiyi kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun dəvəti ilə məşqçiyə klubun bütün iş proseslərinə tam giriş imkanı verilib:
"Təcrübə müddətində Kenjaxunov əsas komandanın məşq prosesində, nəzəri dərslərdə, oyun təhlilində, məşqçi heyətinin işində, oyunçuların fiziki hazırlıq sistemində, tibbi dəstəkdə və oyunçuların bərpasında iştirak edir. Təcrübə proqramı bir ay müddətinə planlaşdırılıb və ona klubun Avropa futbolunun yüksək səviyyəsində fəaliyyətini ətraflı şəkildə anlamağa imkan verilir.
"Qarabağ" Futbol Klubuna və şəxsən Qurban Qurbanova etibarlarına, açıqlığına və peşəkar təcrübə mübadiləsi imkanına görə təşəkkür edirik".






Bizim.Media

- A-
- A
- A+
İdman
14:04 / 10.03.2026
Bu klubun baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçir – FOTO
Hazırda oxunan: Bu klubun baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçir – FOTO
Hazırda oxunan: Bu klubun baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçir – FOTO
600714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































